Azərbaycan və Özbəkistanın birgə ev sahibliyi edəcəyi FIFA U-20 dünya çempionatının başlama tarixi rəsmən açıqlanıb. Bu qərar FIFA Şurası Bürosunun iclasında verilib.
Yarış 2027-ci il sentyabrın 17-dən oktyabrın 9-dək təşkil olunacaq.
Qeyd edək ki, mundial 24 komandanın iştirakı ilə keçiriləcək.
















