Monteneqronun Budva şəhərində şahmat üzrə klublararası Avropa Kuboku davam edir.

Dünən turnirdə VI turun görüşləri keçirilib. Azərbaycanın kişilərdən ibarət “Vüqar Həşimov” kollektivi Almaniyadan “Sankt-Pauli”yə qalib gəlib. Qadınlardan ibarət “Odlar Yurdu” komandası Niderlandın “Qambit Bonnevua” klubundan güclü olub.

Hazırda “Vüqar Həşimov” 8 xalla 17-ci, aktivində 10 xal olan “Odlar Yurdu” isə 3-cü yerdə qərarlaşıb. Avropa Kubokuna bu gün yekun vurulacaq.