Monteneqronun Budva şəhərində şahmat üzrə klublararası Avropa çempionatı davam edir.

Dünən V turun görüşləri keçirilib. Azərbaycanın kişilərdən ibarət “Vüqar Həşimov” komandası Slovakiyanın “Slaviya” kollektivinə uduzub. Qadınlardan ibarət “Odlar Yurdu” klubu Serbiyadan “Srvena Zvezda”nı məğlub edib.

Hazırda 6 xala malik “Vüqar Həşimov” komandası 22-ci, “Odlar Yurdu” 8 xalla 3-cü pillədə qərarlaşıb.