Azərbaycanın “Judo Club 2012” klubu oktyabrın 24-də Fransanın paytaxtı Parisdə keçiriləcək cüdo üzrə Çempionlar Liqasında iştirak edəcək.

Baş məşqçisi İmran İmanovun rəhbərliyi altında Parisə Ülviyyə Babayeva (57 kq), Aytac Qardaşxanlı (70 kq), Diana Semçenko (+70 kq), İbrahim Əliyev (73 kq), Elcan Hacıyev (90 kq), Sübhan Axundov və Əsəd Əsgərov (hər ikisi +90 kq) yollanacaq.

Qeyd edək ki, Azərbaycan təmsilçisi ilk dəfə Avropanın 11 klubunun qatılacağı turnirdə mübarizə aparacaq. Avropa Cüdo İttifaqının təşkilatçılığı ilə baş tutan Avropa Çempionlar Liqasının əvvəlki qalibi Fransanın PSJ klubu olub.