Azərbaycan millisinin üzvü Mahir Emrelinin çıxış etdiyi Polşanın “Rakuv” klubunun yeni baş məşqçisinin adına aydınlıq gəlib.
Komanda David Şvarqaya tapşırılıb. 36 yaşlı mütəxəssislə 2027/2028 mövsümünün sonuna kimi müqavilə imzalanıb.
Qeyd edək ki, hazırda “Rakuv” Polşa çempionatında 6 xalla sonuncu pillədə qərarlaşıb.












