Monteneqronun Budva şəhərində klublararası Avropa çempionatında IV tur geridə qalıb. 

Azərbaycanın kişilərdən ibarət “Vüqar Həşimov” kollektivi bu mərhələdə Rumıniya təmsilçisi “SuperÇessu”ya uduzub. Qadınlardan ibarət “Odlar Yurdu” komandası isə Almaniyadan “Kelner Şaxfroynde”yə qalib gəlib.

Hazırda “Vüqar Həşimov” 108 klub arasında 8-ci, “Odlar Yurdu” 22 komanda arasında 5-ci pillədədir. Avopa çempionatına oktyabrın 23-də yekun vurulacaq.