Bu gün qadın voleybolçulardan ibarət “Turan” komandası CEV Çempionlar Liqasında mübarizəyə başlayacaq.
Qadın voleybolçular arasında təşkil ediləcək Çempionlar Liqası matçına ilk dəfə ev sahibliyi edəcək Tovuz Olimpiya İdman Kompleksinin voleybol zalında Avropa Voleybol Konfederasiyasının tələblərinə uyğun olaraq müasir Tarafleks örtük quraşdırılıb. Tamaşaçı tutumu artırılaraq 1500 nəfərə çatdırılıb. Arenada iki yeni tribuna və müasir oturacaqlar quraşdırılıb, həmçinin yeni VİP zona yaradılıb. Bundan əlavə, xüsusi işıqlandırma sistemi qurulub. Tələblərə uyğun olaraq mətbuat konfransı otağı, miks zonalar hazırlanıb. Arenada və idman kompleksinin ərazisində böyük monitorlar da quraşdırılıb.
Qeyd edək ki, Çempionlar Liqasının II təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Turan” – “Mladost” Zaqreb qarşılaşması bu gün saat 19:00-da başlayacaq. Görüş “CBC Sport”la canlı təqdim ediləcək.












