Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi “Rakuv” klubu baş məşqçisi Tomaş Kaçmareklə yollarını ayırıb.

42 yaşlı mütəxəssis sentyabrın əvvəlində bu posta təyinat alıb. Komanda onun rəhbərliyi altında 2 qələbə və 3 məğlubiyyətlə üzləşib.

Xatırladaq ki, bu, “Rakuv”da cari mövsüm növbəti baş məşqçi istefasıdır. Klub avqustun sonunda David Kroçeklə də yollarını ayırıb.

Komanda Polşa çempionatında 6 xalla sonuncu – 18-ci pillədə qərarlaşıb.