Azərbaycan Basketbol Liqasında III turun daha bir oyunu keçirilib.

Günün ikinci matçında “Neftçi” “Sumqayıt”la üz-üzə gəlib.

Milli Gimnastika Arenasında baş tutan görüş Bakı təmsilçisinin qələbəsi ilə bitib – 86:69.

Günün ilk qarşılaşmasında “Naxçıvan” “Gəncə”ni üstələyib – 72:70.

Qeyd edək ki, turun “Sabah” – NTD oyunu oktyabrın 19-da baş tutacaq. “LANDAU Lions” – “Ordu” matçı qeyri-müəyyən müddətə təxirə salınıb.