Misli Premyer Liqasında VIII turun daha iki oyunu keçirilib.

“Sabah” səfərdə “Qəbələ” üzərində 4:0 hesablı qalibiyyət əldə edib.

Turun mərkəzi qarşılaşmasında Tofiq Bəhramov adına Respublika stadionunda “Qarabağ” “Neftçi”ni qəbul edib. “Ağ-qaralar” görüşün gedişində 3:1 hesabı ilə önə keçsə də, Ağdam klubu məğlubiyyətdən xilas ola bilib – 3:3.

Bu nəticələrdən sonra xalını 19-a çatdıran “Sabah” turnir cədvəlində liderliyə yüksəlib. “Neftçi” və “Qarabağ” 17 xalla növbəti pillələrdədilər.