Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) ilə “Liv Bona Dea Hospital” arasında əldə olunmuş razılaşmaya əsasən, “Liv Bona Dea Hospital” Qadınlar Super Liqasının titul sponsoru olacaq.
2026/2027-ci və 2027/2028-ci illər mövsümlərində çempionat “Liv Bona Dea Qadınlar Super Liqası” adı altında keçiriləcək.
Qeyd edək ki, bu gün start götürən Azərbaycan Qadınlar Super Liqasının yeni mövsümündə 12 komanda mübarizə aparacaq.














