Bu gün Misli Premyer Liqasının VIII turunun daha iki görüşü keçiriləcək.

Saat 16:00-da başlayacaq matçda “Sabah” “Qəbələ”nin qonağı olacaq. Qəbələ şəhər stadionunda təşkil ediləcək oyunu Əliyar Ağayev idarə edəcək.

Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq turun mərkəzi qarşılaşmasında “Qarabağ” “Neftçi”ni qəbul edəcək. Saat 19:00-da start götürəcək Azərbaycan derbisində ədaləti Kamal Umudlu qoruyacaq.

Hər iki oyun “CBC Sport”da canlı yayımlanacaq.