İtaliyalı velosipedçi Conatan Milan Çinin Şanxay şəhərində keçirilən trek üzrə dünya çempionatında fərdi yarışda dünya rekordunu yeniləyib.
26 yaşlı idmançı 4 km məsafəni 3 dəqiqə 58,850 saniyəyə qət edib.
Beləliklə, idmançı 2024-cü ildəki şəxsi göstəricisini (3 dəqiqə 59,153 saniyə) 0,303 saniyə yaxşılaşdırıb.
Qeyd edək ki, C.Milan komanda yarışında olimpiya çempionudur. Velosipedçi həmçinin dünya çempionatlarında (2021, 2024) iki qızıl medal qazanıb.













