“Gəncə” basketbol klubu FIBA Avropa Kubokunun müntəzəm mövsümündə ilk ev oyununu keçirib.

Yunanıstan təmsilçisi “Kolossos”u qəbul edən Martin Knejeviçin baş məşqçisi olduğu komanda 62:80 hesabı ilə uduzub.

Qarşılaşma Gəncə İdman Sarayında baş tutub.

Xatırladaq ki, “Gəncə” ilk oyunda səfərdə Türkiyə təmsilçisi “Esenler Erokspor”a məğlub olub – 63:92.