“Neftçi” basketbol komandası bu gün FIBA Avropa Kubokunun qrup mərhələsində növbəti matçına çıxacaq.

H qrupunda yer alan Bakı təmsilçisi II turda Latviyanın VEF kollektivini qəbul edəcək.

Qarşılaşma “Sərhədçi” İdman Mərkəzində saat 19:00-da start götürəcək.

Qeyd edək ki, “Neftçi” ilk görüşdə Yunanıstan təmsilçisi “Mikonos”a məğlub olub – 58:78.