“Sabah” basketbol komandası FIBA Çempionlar Liqasında növbəti oyununa bu gün çıxacaq.
Azərbaycan təmsilçisi müntəzəm mövsümün II turunda Türkiyənin “Trabzonspor” klubunun qonağı olacaq.
Qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.
Xatırladaq ki, A qrupunda “Trabzonspor” və “Ritas”ın (Litva) 2, “Nanter 92” (Fransa) və “Sabah”ın 1 xalı var. Azərbaycan çempionu I turda səfərdə “Ritas”a uduzub – 73:82.













