“Gəncə” basketbol klubu bu gün FIBA Avropa Kubokunun müntəzəm mövsümündə ilk ev oyununu keçirəcək.

Martin Knejeviçin baş məşqçisi olduğu komanda Yunanıstan təmsilçisi “Kolossos”u qəbul edəcək.

Qarşılaşma saat 19:00-da Gəncə İdman Sarayında baş tutacaq.

Xatırladaq ki, “Gəncə” ilk oyunda səfərdə Türkiyə təmsilçisi “Esenler Erokspor”a uduzub – 63:92.