Azərbaycanın kayak və kanoeçiləri oktyabrın 14-də Gürcüstanın Mtsxeta şəhərində keçiriləcək beynəlxalq reqataya qatılacaqlar.

“Mtsxeta Şəhəri Günü” münasibətilə keçiriləcək turnirdə Azərbaycan Su İdmanı Federasiyası (AZSİF) 6 idmançı ilə təmsil olunacaq.

Kanoe növündə Fəxri Sadıqlı və Rüstəm Əsgərov mübarizə aparacaq. Kayak qayığında Sənan Cəfərzadə, Nizami Kərimov, Tahir Mövsümov və Yunis Əhmədov medallar uğrunda yarışacaq. Komandaya məşqçi İsbəndiyar Cəfərov başçılıq edəcək.