Bu gün Misli Premyer Liqasında VII turun daha iki oyunu keçiriləcək.
Yevlax şəhər stadionunda “İmişli” nominal ev sahibi kimi “Qarabağ”ı qəbul edəcək. Saat 16:00-da başlayacaq matçı Elvin Bayramov idarə edəcək.
Saat 18:30-a təyin edilən qarşılaşmada “Şəfa” və “Turan Tovuz” komandaları üzləşəcək. Oyunda ədaləti Əli Əliyev qoruyacaq.















