Qazaxıstanın paytaxtı Astanada keçiriləcək sərbəst güləş üzrə dünya çempionatında Azərbaycan millisinin ilkin heyəti müəyyənləşib. Seçməmiz mundialda tam heyətlə ilə təmsil olunacaq.
İlkin heyətdə İslam Bazərqanov (57 kq), Nurəddin Novruzov (61 kq), Rəşid Babazadə (65 kq), Kənan Heybətov (70 kq), Turan Bayramov (74 kq), Cəbrayıl Hacıyev (79 kq), Arseni Cioyev (86 kq), Əli Tsokayev (92 kq), Maqomedxan Maqomedov (97 kq) və Giorgi Meşvildişvili (125 kq) yer alıblar.
Qeyd edək ki, dünya çempionatı 24 oktyabr-1 noyabr tarixlərində təşkil ediləcək.











