Bakıda cüdo üzrə dünya çempionatı davam edir. Yeddinci yarış günündə Azərbaycanın dörd idmançısı tatami üzərinə çıxacaq.

100 kq-dan artıq çəkidə Uşanqi Kokouri ilk görüşündə qırğızıstanlı Emirxan Joldoşkaziyevlə, Camal Qamzatxanox çilili Fransisko Solislə üzləşəcək. Kənan Nəsibov isə birimci mərhələdən azaddır.

Qadınlar arasında 78 kq-dan artıq çəkidə Madina Kaysinovanın ilk rəqibi İtaliyadan Asya Tavano olacaq.

Hazırda millimizin aktivində 5 mükafat var. 60 kq-da Əhməd Yusifov qızıl, 81 kq-da Zelim Tçkayev gümüş, 73 kq-da Rəşid Məmmədəliyev, 81 kq-da Ömər Rəcəbli və 90 kq-da Murad Fətiyev bürünc medal əldə ediblər.