Azərbaycan Basketbol Liqasında II tura bu gün start veriləcək.

Turun ilk oyun günündə 1 qarşılaşma baş tutacaq.

“Sumqayıt” evdə “Naxçıvan”ı qəbul edəcək. Qarşılaşma Sumqayıt Olimpiya İdman Kompleksində, saat 19:00-da başlayacaq.

Qeyd edək ki, tura sabah keçiriləcək iki oyunla yekun vurulacaq. Turun “Sabah” – “Gəncə” görüşü təxirə salınıb.