Bakıda cüdo üzrə dünya çempionatı davam edir.
“CBC Sport”da canlı yayımlanan yarışın altıncı günündə Azərbaycanın bir təmsilçisi mübarizəyə qoşulacaq. 100 kq-da Zelim Kotsoyev ilk mərhələdə türkmənistanlı Baymurat Bajanovla üzləşəcək.
Hazırda millimizin aktivində 5 mükafat var. 60 kq-da Əhməd Yusifov qızıl, 81 kq-da Zelim Tçkayev gümüş, 73 kq-da Rəşid Məmmədov, 81 kq-da Ömər Rəcəbli və 90 kq-da Murad Fətiyev bürünc medal qazanıb.










