Murad Fətiyev dünya üçüncüsü olub.
90 kq-da yarışan təmsilçimiz Bakıda keçirilən mundialda bürünc medal uğrunda görüşdə serbiyalı Nemanya Maydovu məğlub etməyi bacarıb.
Hazırda millimizin aktivində 1-i qızıl, 1-i gümüş, 3-ü bürünc olmaqla 5 medal var. Bu, Azərbaycan cüdo tarixi üçün dünya çempionatlarında rekord göstəricidir.










