Azərbaycanın basketbol klubları “LANDAU Lions” və “Gəncə” FIBA Avropa Kubokunun qrup mərhələsində ilk oyunlarını keçiriblər.

G qrupunda yer alan “LANDAU Lions” doğma meydanda İsveçrənin “Lions De Jenev” klubu ilə üzləşib. Görüş rəqibin 105:83 hesablı qələbəsi ilə bitib. “LANDAU Lions” növbəti matçda Slovakiyanın “Prievidza” kollektivi ilə üzləşəcək.

H qrupu çərçivəsində Türkiyə səfərinə yollanan “Gəncə” isə “Esenler Erekspor”a 63:92 uduzub. “Gəncə”nin növbəti rəqibi Yunanıstanın “Kolossos” kollektivi olacaq.