Bu mövsüm FIBA Çempionlar liqasında mūbarizə aparacaq “Sabah” Litvada təlim-məşq toplanışını davam etdirir. Hazırlıq çərçivəsində komandamız ikinci yoldaşlıq görüşünü keçirib. “Tələbələr” son Litva çempionu “Jalgiris” ilə üzləşib. Qarşılaşma rəqibin 75:58 hesablı qələbəsi ilə başa çatıb. Xatırladaq ki, “Sabah” birinci yoxlama matçında yerli “Nevezis”ə 102:82 hesabı ilə qalib gəlib.














