“Neftçi” basketbol klubu FIBA Avropa Kubokunun əsas mərhələsində ilk oyununu keçirib.
H qrupda mübarizə aparan “ağ-qaralar” Yunanıstan səfərində “Mikonos”un qonağı olub. Bakı klubu qarşılaşmadan 78:58 hesablı məğlubiyyətlə ayrılıb.
Qrupun “Friburq Olimpik” (İsveçrə) – “Oradea” (Rumıniya), VEF (Latviya) – “Lokomotiv Plovdiv” (Bolqarıstan) matçları sabaha təyin edilib. “Neftçi” oktyabrın 14-ü II tur çərçivəsində doğma meydanda VEF klubunu qəbul edəcək.









