Bakı-Xankəndi Azərbaycan Velosiped Yarışının 2027-ci ildə keçiriləcəyi tarixlər müəyyənləşib. Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.1 kateqoriyasına daxil olan yarış 9–13 may tarixlərində təşkil olunacaq.

Los Anceles-2028 Yay Olimpiya Oyunlarına təsnifat prosesində reytinq xallarının əhəmiyyətli rol oynaması səbəbindən Bakı-Xankəndi Azərbaycan Velosiped Yarışında yüksək səviyyəli komandaların və idmançıların iştirakı, eləcə də mərhələlərdə daha gərgin və prinsipial mübarizənin müşahidə olunacağı gözlənilir.

Komandalar həm mərhələ və ümumi təsnifat üzrə yüksək nəticə əldə etmək, həm də Olimpiya Oyunlarına gedən yolda öz reytinqlərini gücləndirmək üçün mübarizə aparacaqlar.