Bakıda cüdo üzrə dünya çempionatının açılış mərasimi baş tutub.

Milli Gimnastika Arenasında təşkil olunan tədbiri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də izləyib.Bundan əlavə, mərasimdə Beynəlxalq Cüdo Federasiyasının (IJF) prezidenti Marius Vizer, Azərbaycan Cüdo Federasiyasının prezidenti Rəşad Nəbiyev və digər rəsmi şəxslər iştirak ediblər.

Açılış mərasiminin rəsmi hissəsindən sonra bədii hissə başlayıb və arena üzrə DÇ iştirakçısı olan ölkələrin bayraqları çıxarılıb. Azərbaycan Prezidenti İlham Əliyev həmçinin dünən bu titula yiyələnən dünya çempionu Əhməd Yusifovla görüşüb. Xatırladaq ki, dünya çempionatı oktyabrın 11-dək davam edəcək.