Azərbaycan təmsilçisi İrina Zaretska Avstriyanın Zaltsburq şəhərində keçirilən “Karate 1 – A Seriyası” turnirində qızıl medal qazanıb.

68 kq çəki dərəcəsində mübarizə aparan karateçimiz keçirdiyi 6 görüşün hamısında qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Bu, milli komandamız sözügedən turnirdə əldə etdiyi yeganə mükafat olub.