Bakıda təşkil edilən və “CBC Sport”da canlı yayımlanan cüdo üzrə dünya çempionatı davam edir.

Milli Gimnastika Arenasında keçirilən yarışın ikinci günü 4 Azərbaycan təmsilçisi mübarizəyə qoşulacaq. 66 kq-da Ruslan Paşayev ilk mərhələdən azaddır. Bu çəki dərəcəsindəki digər idmançılarımız Turan Bayramov finlandiyalı Saşa Luukasla, Nizami İmranov Vaja Marqelaşvili ilə üzləşəcək. Qadınlar arasında 52 kq-da Gültac Məmmədəliyeva israilli Qefen Primo ilə görüşəcək.

Qeyd edək ki, hazırda millimizin aktivində 1 qızıl medal var. 60 kq-da Əhməd Yusifov dünya çempionu ünvanına sahib çıxıb.