“Neftçi” basketbol komandası FIBA Avropa Kubokunda növbəti oyununu bu gün keçirəcək.

“Ağ-qaralar” təsnifat mərhələsində Estoniyanın “Parnu” kollektivi ilə cavab görüşünə çıxacaq.

Səfərdəki qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.

“Neftçi” Bakıda baş tutan ilk görüşdə rəqibini 80:67 hesabı ilə üstələyib.

Cütün qalibi FIBA Avropa Kubokunun əsas mərhələsinin H qrupunda “Oradya” (Rumıniya), “Fribur Olimpik” (İsveçrə), VEF (Latviya), “Mikonos” (Yunanıstan) və “Lokomotiv” (Plovdiv, Bolqarıstan) komandaları ilə oynayacaq.