İngiltərənin Liverpul şəhərində keçiriləcək boks üzrə dünya çempionatında iştirak edəcək Azərbaycan komandasının heyəti müəyyənləşib. “World Boxing” tərəfindən təşkil edilən ilk mundiala kişi seçməmiz tam heyətlə qatılacaq. Baş məşqçi Ravşan Xocayev, məşqçilər Nəriman Abdullayevlə Etibar Abdullayev dünya çempionatında Sübhan Mamedov (50 kq), Nicat Hüseynov (55 kq), Məhəmmədəli Qasımzadə (60 kq), Zaur Qəhrəmanov (65 kq), Sərxan Əliyev (70 kq), Səidcəmşid Cəfərov (75 kq), Murad Allahverdiyev (80 kq), Surət Qarayev (85 kq), Alfonso Dominqes (90 kq) və Məhəmməd Abdullayevə (+90 kq) şans verəcəklər. Qadınların mübarizəsində isə ölkəmiz 1 boksçu ilə təmsil olunacaq. Baş məşqçi İlkin Ağayevin rəhbərliyi altında 57 kq-da Aynur Mikayılova medalçılar sırasına düşməyə çalışacaq. Dünya çempionatının püşkü sentyabrın 3-də atılacaq.














