Beynəlxalq Futbol Federasiyası (FIFA) “Fənərbağça”nı yeni futbolçuların qeydiyyatına qadağa qoyulan klubların siyahısına daxil edib.

Türkiyə klubuna tətbiq edilən transfer qadağası artıq qüvvəyə minib və üç transfer dönəmi ərzində davam edəcək.

Qadağaya səbəb olan borcun ödənilməsi halında sanksiya aradan qaldırılacaq.

Əks halda “Fənərbağça” təxminən 1,5 il ərzində üç transfer dönəmində yeni futbolçuları qeydiyyatdan keçirə bilməyəcək.