2026/2027-ci illər mövsümündə Azərbaycan Basketbol Liqasında (ABL) iştirakçı klubların siyahısında dəyişiklik edilib.

Bu barədə Azərbaycan Basketbol Federasiyasından məlumat verilib.

ABL və ölkə kubokunun keçirilməsi haqqında əsasnamənin 3.3 və 5.12-ci maddələrinə əsasən, klubların qeydiyyat tələblərinin yerinə yetirilməsi ilə bağlı aparılan qiymətləndirmənin nəticəsində ABL İdarə Heyəti tərəfindən müvafiq qərar qəbul edilib.

Qərara əsasən, 2026/2027 mövsümündə “Sumqayıt” ABL-də, “Şəki” isə ABL 2-də iştirak edəcək.

Beləliklə, 2026/2027 mövsümündə ABL-də “Sabah”, “LANDAU Lions”, “Gəncə”, “Neftçi”, “Ordu”, “Naxçıvan”, NTD Və “Sumqayıt” komandaları mübarizə aparacaq.