Misli Premyer Liqasında 6-cı turun daha iki matçı keçirilib.

“Turan Tovuz” “Zirə”yə son dəqiqələrdə vurulan qolla 1:0 qalib gəlib. “İmişli”ni qəbul edən “Sabah” isə 3:1 üstün olaraq çempionatda qələbə seriyasını davam etdirib.

Xalını 15-ə çatdıran “Sabah” “Neftçi” ilə birlikdə turnir cədvəlində ilk iki yeri bölüşür. 13 xallı “Qarabağ” 3-cü, ağdamlılardan 2 xal geri qalan “Turan Tovuz” 4-cü, aktivində 10 xal olan “Zirə” 5-cidir. 6 xal toplayan “Kəpəz” və “Şamaxı” 6-7-ci sıralardadırlar. “Qəbələ” və “İmişli” 4 xalla növbəti pillələrdə qərarlaşıblar. “Şəfa” 3 xalla 10-cudursa, 2 xallı “Araz-Naxçıvan” 11-cidir. 1 xalı olan “Sumqayıt” sonuncu yerdə mövqe tutub.

Misli Premyer Liqasında 6-cı tura bu gün keçiriləcək “Şamaxı” – “Araz-Naxçıvan” və “Kəpəz” – “Sumqayıt” oyunları ilə yekun vurulacaq. Müvafiq olaraq saat 16:30 və 19:00-da başlayacaq görüşlər “CBC Sport”da canlı yayımlanacaq.