Özbəkistanın Səmərqənd şəhərində keçirilən 46-cı Ümumdünya Şahmat Olimpiadası davam edir.

Bu gün milli komandalarımız II tur görüşlərini keçiriliblər. Azərbaycanın kişilərdən ibarət seçməsi Filippinə 3:1 hesabı ilə qalib gəlib. Şəhriyar Məmmədyarov və Məhəmməd Muradlı rəqiblərini məğlub edib, Aydın Süleymanlı və Eltac Səfərli isə heç-heçə ediblər.

Qadınlardan ibarət yığmamız isə Danimarka üzərində 4:0 hesablı qələbə qazanıb. Ülviyyə Fətəliyeva, Günay Məmmədzadə, Xanım Balacayeva və Gülnar Məmmədova partiyalarında üstün olublar.

Ümumdünya Şahmat Olimpiadası İsveçrə sistemi üzrə 11 turdan ibarət keçirilir və sentyabrın 27-də başa çatacaq.