Azərbaycan Kubokunda 2026/27 mövsümünün final oyununun keçiriləcəyi stadion müəyyənləşib.
Peşəkar Futbol Liqasının təklifi və AFFA prezidenti Rövşən Nəcəfin qərarı ilə həlledici görüş ölkə futbolu tarixində ilk dəfə olaraq Gəncə şəhər stadionunda baş tutacaq.
2027-ci il 12 may tarixində təşkil ediləcək qarşılaşmanın başlama saatı və digər detalları ilə bağlı daha sonra məlumat veriləcək.
















