Misli Premyer Liqasında V tura yekun vurulub.

“SOCAR Polymer Arena”da baş tutan bağlanış matçında debütant “Şəfa” “Sabah”ı qəbul edib. Görüş “bayquşlar”ın 3:0 hesablı qələbəsi ilə bitib. Oyunda qolları Patrik Mbina, Abdulla Xaybullayev və Velko Simiç vurub.

Hazırda “Sabah” 12 xalla turnir cədvəlinin lideridir. Eyni xala malik “Neftçi” rəqibindən bir matç çox keçirib. 10 xallı “Qarabağ” və “Zirə” 3-4-cü yerləri bölüşürlər.