Bu gün Misli Premyer Liqasında V tura yekun vurulacaq.
“SOCAR Polymer Arena”da “Şəfa” son çempion “Sabah”ı qəbul edəcək. Bu, komandalar arasında baş tutan ilk matç olacaq. 3 oyuna maksimum nəticə göstərən “bayquşlar” 4-cü, 4 turdan sonra 3 xalı olan “Şəfa” isə 10-cu pillədə qərarlaşıb.
Saat 19-da başlayacaq və “CBC Sport”la canlı yayımlanacaq görüşü Nicat İsmayıllı idarə edəcək.
















