“Mercedes”in italiyalı pilotu Kimi Antonelli “Formula 1” üzrə İspaniya Qran-prisinin qalibi olub.
Yarış “Madring” şəhər trasında keçirilib.
Finişə ikinci olaraq “Red Bull”dan niderlandlı Maks Ferstappen çatıb, liderlər üçlüyünü isə “McLaren”dən britaniyalı Lando Norris tamamlayıb.
İspaniya Qran-prisi ilk dəfə Barselonada deyil, Madriddə keçirilib.
Qeyd edək ki, növbəti mərhələ sentyabrın 24-dən 26-dək Bakıda baş tutacaq.













