Azərbaycanın 3×3 basketbol üzrə qadınlardan ibarət millisi Belçikanın Antverpen şəhərində keçirilən Avropa çempionatında mübarizəyə başlayır.
Bakı vaxtı ilə saat 16:20-də başlayacaq ilk matçda rəqib Niderland seçməsi olacaq.
Azərbaycan yığması günün ikinci oyununda, saat 20:55-də Ukrayna komandası ilə üz-üzə gələcək.













