Azərbaycan beynəlxalq kateqoriyalı hakim-inspektoru Asim Xudiyev UEFA-dan növbəti təyinat alıb. O, U-21 Avropa çempionatının seçmə mərhələsində Belarus və Avstriya yığmaları arasında keçiriləcək oyunda hakim-inspektor funksiyasını yerinə yetirəcək. Görüş sentyabrın 8-də Gürcüstanın Qori şəhərində baş tutacaq.


















