Azərbaycan idmançısı Zahit Cəfərov Çexiyanın Frenştat pod Radhoştem şəhərində keçirilən xizək alpinizmi üzrə FIS Kubokunda çıxış edib.

O, 202,9 xal toplayaraq yekun sıralamada 22-ci yeri tutub.

Təmsilçimiz bu nəticə ilə xizək alpinizmi üzrə FIS Kontinental Kubokuna vəsiqə qazanıb. Qeyd edək ki, sentyabrın 4-5-də keçirilən FIS Kubokunda 11 ölkədən 57 idmançı mübarizə aparıb.