Bu gün Misli Premyer Liqasının IV turu çərçivəsində daha iki oyun keçiriləcək.
Son çempion “Sabah” doğma “Bank Respublika Arena”da “Zirə”ni qəbul edəcək. Saat 18:30-da başlayacaq oyunu İnqilab Məmmədov idarə edəcək.
Saat 20:30-da start götürəcək görüşdə isə “Şəfa” “Neftçi”nin qonağı olacaq. Matçın ədalət qoruyucusu Əliyar Ağayev olacaq.
















