Misli Premyer Liqasında IV tura iki oyunla start verilib.

“Qəbələ” Kaxaber tsxadazenin gedişindən sonra ilk oyuna keçirilib. “Qırmızı-qaralar” doğma meydanda “İmişli”ni qəbul edib. 2:1 hesabı ilə güclü olan şimal təmsilçisi ilk 3 xalını qazandırıb. “Qəbələ” və “İmişli” hərəyə 4 xal toplayıb.

“Kəpəz” isə Gəncə Şəhər Stadionunda ikinci oyununa çıxıb. Keçən tur bu arenada “Turan Tovuz”u məğlub edən “sarı-göylər” bu dəfə evdə “Şamaxı” ilə qarşılaşıb. Matç Şirvan klubunun 4:1-lik qalibiyyəti ilə bitib. Bununla da “Şamaxı” xalını 5-ə çatdırıb. “Kəpəz” isə 3 xalda qalıb.

Sabah IV turun daha iki görüşü baş tutacaq. Saat 18:30-da “Sabah” – “Zirə”, 20:30-da isə “Neftçi” – “Şəfa” oyunları başlayacaq. Matçlar “CBC Sport”la canlı yayımlanacaq.