Cənubi Koreyanın Muju şəhərində parataekvondo Qran-pri turniri keçirilib.

K44 kateqoriyasında 58 kq çəki dərəcəsində çıxış edən Azərbaycanlı parataekvondoçu Sabir Zeynalov 1/4 finalda yaponiyalı Mitsuya Tanakanı, yarımfinalda tayvanlı Xianq Veni məğlub edərək həlledici görüşə yüksəlib.

O, finalda isə braziliyalı Gustavo Ruppeli üstələyərək turnirin qızıl medalını qazanıb.