Çimərlik voleybolu üzrə U-20 Avropa çempionatına start verilib.

Azərbaycanı yarışda təmsil edən İbrahim Məmmədov/Muhamməd Aslanlı tandemi mübarizəyə təsnifat mərhələsindən başlayıb. Onlar ilk olaraq Serbiya təmsilçilərinə 2:0 qalib gələrək əsas etapa yüksəliblər.

Bu gün əsas mərhələdə ilk oyununa çıxan idmançılarımız isə reytinq cədvəlində 6-cı pillədə qərarlaşan Finlandiya cütlüyünü 2:1 hesabı ilə məğlub edərək mübarizəni davam etdiriblər. Azərbaycan cütlüyü növbəti oyunda Norveçlə qarşılaşacaq.