“Komo”nun baş məşqçisi Sesk Fabreqas 2025/2026 mövsümündə A Seriyasının ən yaxşı məşqçisi seçilib.

39 yaşlı ispaniyalı mütəxəssis bu mükafata İtaliya Futbolçular Assosiasiyasının versiyasına əsasən layiq görülüb. Laureatlar futbolçular arasında keçirilən səsvermə ilə müəyyənləşib.

Qeyd edək ki, Fabreqas 2024-cü ildən “Komo”ya rəhbərlik edir. Onun baş məşqçiliyi altında komanda ötən mövsüm 71 xal toplayaraq turnir cədvəlində 4-cü yeri tutub və tarixində ilk dəfə UEFA Çempionlar Liqasına vəsiqə qazanıb.