Argentina millisinin yarımmüdafiəçisi Entso Fernandes karyerasını “Mançester Siti”də davam edəcək.

Futbolçu ilə 5 illik müqavilə imzalanıb. “Şəhərlilər” bu transfer üçün “Çelsi”yə İngiltərə futbolu üçün rekord məbləğ olan 146 milyon avro ödəyib. “Mankunyanlar” həm də 70 milyon avroya “Everton”dan İliman Ndiayın keçidini açıqlayıb.

Beləliklə, “Mançester Siti” Fernandes və eNdiayla yanaşı Elliot Anderson, Əyyub Buaddi, Allan, Matis Deturbe, Ceremi Monqa, Xeronima Rulli və Pirs Çarlzın transferinə ümumilikdə 526 milyon 200 min avro pul xərcləyib.